Xəbərlər

Blog post subtitle

Müəllimlərin işə qəbulu ilə bağlı əsas qaydalar və tarixlər aşağıda qeyd edilib:
I. SƏNƏD QƏBULU:
KAİNAT TM-ə işə qəbul olmaq istəyən namizədlər:
30 May 2019-cu il tarixinədək onlayn rejimdə anket-ərizə formasını tam doldurmalıdırlar.
https://forms.gle/tRwdX9u2JHArZdb96
Anket-ərizə formasını uğurla doldurmuş namizədlər 31 May-01 İyun tarixlərində müvafiq filiala yaxınlaşaraq buraxılış vərəqləri əldə etməlidirlər.

II. TEST İMTAHANI:
Test imtahanı Kainat Tədris Mərkəzinin bütün filiallarında keçiriləcək və qeyd olunan istiqamətlər üzrə 50 ixtisas sualından ibarət olmaqla 1.5 saat davam edəcək. Şifahi müsahibədə iştirak etmək üçün namizəd test imtahanından minimal olaraq 40 suala düzgün cavab yazmalıdır;

Test imtahanın keçirilmə tarixi: 02 İyun 2019
Test imtahanın keçirilmə saatıları: 09:00, 12:00, 15:00
Test imtahanın nəticələrinin elan edilməsi tarixi: 04 İyun 2019

III. ŞİFAHİ MÜSAHİBƏ
Tələb olunan minimal şərti ödəyən namizədlər şifahi müsahibədə iştirak etmək üçün müəyyən edilmiş tarixlərdə KAİNAT TM-ə dəvət olunacaqlar. Rəhbərlik və peşəkar mütəxəssislər tərəfindən ümumi dünyagörüşü, ünsiyyətqurma bacarığı və vəzifəyə uyğunluğu müəyyən ediləcək.

Şifahi müsahibənin keçirilmə tarixləri: 05-08 İyun 2019
Müsahibənin nəticələrinin elan edilməsi tarixi: 10 İyun 2019

IV. AÇIQ DƏRS
Şifahi müsahibədə seçilmiş namizədlər Açıq dərsin keçirilməsinə dəvət olunacaqlar.
Açıq dərslərin keçirilməsi tarixi: 13-15 iyun 2019
Açıq dərslərin nəticələrinin elan edilməsi tarixi: 17 iyun 2019
Müəllimlərin işə qəbul prosesində Açıq dərsi müsbət nəticələnən namizədlər dəvət olunan tarixdə diplomun surəti, şəxsiyyəti təsdiq edən sənədin surəti və 2 ədəd fotoşəkil ilə mərkəzə yaxınlaşmalıdırlar.

Vakansiya forması