Xəbərlər

Blog post subtitle

13 may 2018-ci il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Veysəloğlu şirkətinin baş sponsorluğu, Odda Cafe-nin sponsorluğu, Xəzər Universitetinin akademik tərəfdaşlığı ilə Kainat Tədris Mərkəzinin və ATGTİ-nin birgə layihəsi olan III Tələbələrarası Məntiq Olimpiadasının II turu təşkil edildi.

Olimpiada qaliblərinin Mükafatlandırma Mərasimi 23 may saat 15:00-da Park inn Hotel-də keçiriləcək.

 

Mükafatlar:

  • I yer – Xəzər Universitetində iki illik ödənişsiz MBA təhsili, İPHONE X telefonu, Kainat Tədris Mərkəzinin hər hansı xidmətindən bir il ərzində ödənişsiz istifadə;
  • II-III yerlər – notebook, Kainat Tədris Mərkəzinin hər hansı xidmətindən bir il ərzində ödənişsiz istifadə;
  • IV-V yerlər – planşet, Kainat Tədris Mərkəzinin hər hansı xidmətindən bir il ərzində 75 % güzəştlə istifadə;
  • VI-X yerlər – planşet, Kainat Tədris Mərkəzinin hər hansı xidmətindən bir il ərzində 50 % güzəştlə istifadə;
  • XI-XX yerlər – ODDA kafesindən iki nəfərlik şam yeməyi, Kainat Tədris Mərkəzinin hər hansı xidmətindən bir il ərzində 40 % güzəştlə istifadə
  • I turun qaliblərinə – Kainat Tədris Mərkəzinin hər hansı xidmətindən bir il ərzində 30% güzəştlə istifadə, Kainat Tədris Mərkəzindən və Veysəloğlu MMC-dən hədiyyə paketi;
  • Bütün iştirakçılara – Kainat Tədris Mərkəzinin hər hansı xidmətindən bir il ərzində 20% güzəştlə istifadə.